Quterreş ABŞ-ı diplomatlarla əlaqəli viza problemlərini həll etməyə çağırıb

5 Fevral 2020 08:16

BMT-nin Nyu Yorkdakı işində iştirak etmək niyyətində olan müxtəlif ölkələrin diplomatlarına Amerika vizalarının verilməsi məsələsi həll edilməlidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quttereş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, vizalarla əlaqəli vəziyyətin yoluna düşməsi həddən artıq vacibdir.

A.Quterreş bildirib: "Milli təhlükəsizliklə bağlı hər hansı bir məhdudiyyət üçün bəhanələr ola biləcəyi vəziyyətlər var. Ancaq vəziyyət normallaşdırılmalıdır - BMT-nin fəaliyyət göstərməsi üçün normal şərait lazımdır, yəni vizalar mütəmadi olaraq verilməlidir".

Milli.Az