Koronavirusun “beşiyində” maskasız gəzən qadın vəhşicəsinə döyüldü - VİDEO

4 Fevral 2020 19:30

Çinin Uxan şəhərində küçəyə maskasız çıxan qadın vəhşicəsinə döyülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Maskasız şəhərə gəzməyə çıxan qadın səlahiyyətli şəxs tərəfindən təhqir edilib.

Daha sonra həmin şəxs qadının saçlarından sürüyərək, onu şillə-təpik vuraraq döyüb.

Qeyd edək ki ölümcül virusun yayıldığı Uxan şəhərində insanlar yoluxmamaq üçün maska geyinmədən evdən çölə çıxmırlar.

Milli.Az