Dövlət Departamentinin nümayəndəsi: “Biz protokolların ratifikasiya edildiyini görmək arzusundayıq”

17 Aprel 2010 11:01
Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Filip Krouli keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Türkiyə və Ermənistanın protokolları imzalaması və bundan faydalanması üçün hər iki ölkə ilə işləməkdə davam edir. Filip Krouli deyib ki, Amerika protokolların Türkiyə və Ermənistan tərəfindən ratifikasiya edildiyini görmək arzusundadır. Dövlət Departamenti nümayəndəsinin fikrincə, bunun hər iki ölkəyə faydası olacaq.

Filip Krouli Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələyə yalnız ümumi fikirlə toxunub: "Birləşmiş Ştatlar Dağlıq Qarabağ məsələsində Minsk prosesini dəstəkləyir".

Milli.Az