"Keşlə"nin müdafiəçisi turun ən yaxşısı seçildi - FOTO

4 Fevral 2020 18:34

"InStat"ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasında 15-ci turun ən yaxşı futbolçusu məlum olub.

Milli.Az PFL-in saytına istinadən xəbər verir ki, "Keşlə"nin müdafiəçisi Miyusko Boyoviç 319 göstərici ilə rəqiblərini üstələyib.

Qeyd edək ki, monteneqrolu futbolçu "Qəbələ"yə qarşı görüşü (2:1) əvəz edilmədən keçirib və 1 qolla yadda qalıb.

Milli.Az