Google şirkəti YouTube platformasına alternativ tətbiq yaratdı

5 Fevral 2020 22:55

Tangi adı  "TeAch aNd Give" ifadəsindən yaranıb.

Google şirkəti tərəfindən YouTube platformasına alternativ olacaq yeni videohostinq hazırlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni platforma Tangi adlandırılacaq.

Area 120 laboratoriyasında hazırlanan tətbiqdə hələ ki, qısa video oyunlar və təlimatlar yerləşdirilib. Yeni platformada yayımlanan videolar 60 saniyədir. Videolar bir neçə kateqoriyaya - "İncəsənət", "Yemək hazırlığı", "Özün et", "Moda və gözəllik" və "Həyat tərzi"nə bölünür.

Qeyd edək ki, mobil tətbiq hələ ki, iOS əməliyyat sisteminin istifadəçiləri üçün nəzərdə tutulub.

Milli.Az