Azərbaycanda İnstaqram istifadəçilərinin fəallığı artıb

5 Fevral 2020 22:20

Azəİnstaqram sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçi fəallığı artıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda "Global Stats" mərkəzinin məlumatında deyilir.

Məlumata görə, bu ilin yanvar ayında ölkə üzrə sözügedən şəbəkənin istifadəçi fəallığı 3,17% artaraq, 19,84%-ə çatıb.

Lakin Tvitter və YouTube şəbəkəsinin istifadəçi fəallığında azalma müşahidə olunur. 2019-cu ilin dekbar ayında Tvitter şəbəkəsində istifadəçi fəallığı 13,75%-ə çatırdısa, bu artım cari ilin yanvar ayında 13,26% olub. YouTube şəbəkəsinin ölkə üzrə fəallığı isə 10,07%-dən  8,95%-ə düşüb.

Milli.Az