Tvitter sosial şəbəkəsi yenilənib.
Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkənin rəsmi hesabında paylaşım edilib.
Məlumata əsasən, Tvitter iOS üçün nəzərdə tutulan tətbiqin dizaynında kiçik dəyişikliklər edib. Yenilik diskussiya prosesini asanlaşdırmalıdır.
Yenilənmiş versiyada istifadəçilərin yazdıqları şərhlər bir-biri ilə əlaqələndiriləcək. Beləliklə, "ana rəyi" sonradan yazılmış rəylərlə şaquli xəttlə birləşəcək, istifadəçilər də şəkildə axıcı mətni oxuya biləcəklər.
Milli.Az