Apple son illərdə öz avtomobil istehsalı ilə ciddi şəkildə maraqlanır. Əlbəttə ortada hələki bir şaiyələrdən başqa heçnə yoxdur. Lakin bu gün aşkarlanan məlumatlara görə şirkət avtomobilləri yönləndirə bilən səsli əmr sisteminin patentini alıb. Qeyd edək ki, Project Titan adına malik olan maşın iddialara görə 2014-cü ildən bu yana təkmilləşdirilir.
Milli.Az technote.az-a istinadən bildirir ki, sürücüz avtomobil olması planlanan bu maşınlarda yeni patentə görə əl jestləri ilə idarə etmək də mümkün olacaq.
Yeni patentə görə avtomobildə sürücü hissəsində oturan insan əl jestləri və səs ilə maşını yönləndirə biləcək, hətta parkinq belə edə biləcək. Qısaca maşına hara gedəcəyini deyirsiniz və o bunu sizin yerinizə edir. Aşkarlanan məlumatlara görə patentin alınması üçün 2 avqust 2019 tarixində müraciət edilib. 23 Yanvar 2020-də isə bu patent təsdiqlənib. Yeni patentin ən möhtəşəm tərəfi səsli əmr sistemidir. Patent kağızlarında yazılanlara görə siz avtomobilə çiçək almaq istədiyini dedikdən o avtomatik olaraq ən yaxındakı çiçək mağazalarına yönlənir.
Həmçinin ən ideal parkinq yerinin tapılmasında da bu patentdən istifadə ediləcək. Qeyd edək ki, hələ bu patentin Apple-ın öz istehsal edəcəyi avtomobillərində yoxsa digər istehsalçıların avtomobillərində istifadə edəcəyi bilinmir.
Milli.Az