Adil Əliyev istefaya göndərildi - FOTO

4 Fevral 2020 13:52

Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyi istefaya göndərilib.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, bu barədə AKF-nin Prezidenti Adil Əliyev özünün "Facebook" səhifəsində məlumat yayıb.

O bildirib ki, qərar İdarə Heyəti tərəfindən verilib:

"Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyəti AKF-nin Prezidentini və Vitse-Prezidentlərini istefaya göndərdi".

Qeyd edək ki, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, vitse-prezidenti Güloğlan Cabbarov idi. Hər iki şəxs deputatlığa namizəddir.

Milli.Az