Koronavirus Belçikada da qeydə alındı

4 Fevral 2020 12:37

Çinin Uhan şəhərindən təxliyə olunmuş Belçika vətəndaşında koronavirus aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Belçika Uhan şəhərindən 9 vətəndaşını təxliyə edib.

Onlar hərbi hospitalda müayinədən keçirilib. Bir qadında koronavirus aşkar edilib.

Onun vəziyyətinin sabit olduğu, xəstəliyin əlamətlərinin müşahidə edilmədiyi deyilir.

Qadın karantinə alınıb və Brüsseldə xəstəxanaya yerləşdirilib.

Milli.Az