Bahar Lətifqızı toy qiymətini açıqladı: “5 min görmüşəmsə, mənə lənət olsun” - VİDEO

4 Fevral 2020 12:16

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı ifaçı Bahar Lətifqızı olub.

Milli.Az bildirir ki, müğənni bəzi sənət yoldaşlarının onun toy biznesinə mane olduğunu deyib:

"Bakıda 3 min 500 manata toya gedirəm. Məsələn, məni çağırmaq istəyən toy sahibi neçəyə getdiyimi soruşanda hansısa müğənni və ya prodüserdən soruşur. Ona deyirlər ki, Bahar xanım 5 min manata gedir. Sonra mənə deyirlər ki, sizi istədik, baha olduğu üçün vaz keçdik. Mən də deyirəm ki, 5 min görmüşəmsə, mənə lənət olsun".

Milli.Az