Cem Serenayla sevgilidir

4 Fevral 2020 20:45

Türkiyəli aktrisa Serenay Sarıkaya ilə şoumen Cem Yılmazın eşq yaşadıqları ilə bağlı xəbərlər gündəmi zəbt etməyə davam edir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, C.Yılmaz aktrisanın da iştirak etdiyi "Alice" musiqili teatrının tədbirində görüntülənib.

Sosial şəbəkədə yayılan şəkillərin altında S.Sarıkayanın pərəstişkarları "Susduqca iddialar üst-üstə gələcək, xahiş edirik açıqlama ver. Aranızda sevgi varmı" kimi suallar yazıblar.

Milli.Az