Renat 90 dəqiqə oynadı

4 Fevral 2020 08:13

İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Vulverhempton"un U-23 komandası 16-cı turda səfərdə "Sauthempton"dan olan həmyaşıdları ilə üz-üzə gəliblər. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 1:0.
 
Start heyətdə meydana çıxan Dadaşov sonadək mübarizə aparıb.
 
"Vulverhempton" bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıb.

Milli.Az