İranın 8 siyasi fəala ümumilikdə 72 il həbs cəzası verilib.
Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə İran İnsan Haqları Aktivistləri Agentliyi (HRANA) informasiya yayıb.
Bildirilib ki, Məşhəd İnqilab Məhkəməsində keçirilən iclasda inqilabın baniləri və ölkə liderinə həqarət, ictimaiyyəti aldatma, xarici mətbuat orqanları ilə əməkdaşlıq, qanunsuz toplantı təşkil etmək cinayətləri ilə ittiham olunan fəallar 1-26 il arasında həbs cəzalarına məhkum olunub.
Milli.Az