Lənkəranda qadın doğuş zamanı öldü

3 Fevral 2020 20:39

Bu gün Lənkəran rayon mərkəzi xəstəxanasında ana ölümü baş verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Babayeva Gülnar Rauf qızı doğum şöbəsində qeysəriyyə əməliyyatı keçirib.

Əməliyyat zamanı xəstə vəfat edib.

Qeyd edək ki, əməliyyatı xəstəxananın mama-ginekoloqu Qahir İsayev həyata keçirib.

Milli.Az