Fransanın Baş Naziri bələdiyyə seçkilərində namizədliyini irəli sürüb

3 Fevral 2020 22:49

Fransanın Baş Naziri Eduard Filip mart ayında ölkədə keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, E.Filip Baş Nazir vəzifəsindən əvvəl 2010-2017-ci illərdə Avr şəhərinin meri olub. O bildirib ki, məqsədi yenidən Avrın meri olmaqdır.

Qeyd edək ki, Eduard Filipin reytinqi artıq əvvəlki kimi deyil. Avr şəhər sakinləri də ölkənin digər şəhərlərdəki kimi hökumətin pensiya islahatlarına qarşı nümayişlər keçiriblər.

Milli.Az