“Lotu Quli”ni öldürmək istəyənlər saxlanıldı - FOTO

3 Fevral 2020 15:41

Azərbaycanlı kriminal avtoritet "Lotu Quli"yə (Nadir Səlifov) sui-qəsd etmək istəyən şəxslər İstanbulda saxlanılıb.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. 

İstanbuldakı müxtəlif cinayətlərdə iştirak etdiyi və Rusiya ilə əlaqəsi olduğu təyin olunan cinayətkar dəstəyə qarşı əməliyyat təşkil edilib.

Əməliyyatda 17 şübhəli tutulub. 

Milli.Az