“Belələri niyə efirə çıxır” sualına cavab

3 Fevral 2020 20:24

"Yersiz qadağalara tuş gəlirəm, hansı ki, əsassızdır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla" verilişində müğənni Damla deyib.

O, haqsız yerə ittiham olunduğunu bildirib:

"Deyirlər ki, belələri niyə efirə çıxır? Bunlar niyə oxuyur, niyə üzdədirlər? Bunlara kim qulaq asır? Hanı o milyon baxışlar? Hamısı saxtadır, yalandır. Repertuarıma nəzər salsaq, nə mahnılarımın sözlərində, nə musiqisində, nə də çəkilən kliplərimdə bayağılıq, bəsitlik yoxdur".

Qeyd edək ki, ifaçı zaman-zaman sosial şəbəkələrdə və mediada bayağılıqda ittiham olunur.

Milli.Az