“Adamın pulu olmayanda, onu saymırlar” - Afət Fərmanqızı

3 Fevral 2020 16:06

Müğənni Afət Fərmanqızı həyatı ilə bağlı maraqlı açıqlama edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, pulu olmayanda qohumları tərəfindən insan yerinə qoyulmadığını açıqlayıb.

"Tale elə gətirdi ki, bir uşaqla boşandım, qaldım tək. İnanırsız, qohum toylarına belə məni çağırmırdılar. Deyidilər onun pulu yoxdur, yetimdir. Ancaq sonradan məşhurlaşdım, varlandım. Adam pullu olanda onsuz qız vermirlər, toy eləmirlər, bütün işləri səninlə məsləhətləşirlər. Həyatın qanunu budur", - o, keçmişi haqqında danışanda bildirib.

Milli.Az