"Başakşehir"lə müqaviləsi ləğv edilən Arda Turanın gələcək karyerası müzakirə olunmaqdadır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, müqavilə ilə "Barselona"ya məxsus olan Ardanın hazırda transfer pəncərəsi açıq olan Çin, Birləşmiş Ərəb Əmirlikləri, Argentina, Yaponiya, Çexiya, Rusiya kimi ölkələrin klublarına transfer olunması mümkündür.
Qış fasiləsində heç bir kluba transfer oluna bilməsə, Ardanın karyerasını bitirəcəyi bildirilir. Türkiyəli futbolçunun transfer hüququna sahib olan "Barselona" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Milli.Az