Nənəsi Obamadan narazıdır - FOTO
17 Aprel 2010 10:21
RİA "Novosti" "Al Ahram" qəzetinə istinadən xəbər verir ki, Ağ Ev sahibinin Keniyada yaşayan ata nənəsi nəvəsinin ona diqqət göstərmədiyini bildirir. Nənə Obamanı "vəzifəyə keçdikdən sonra doğma Afrikanı tamam yaddan çıxartmaqda" təqsirləndirir. Sara şikayətini misirli səyyah Əmir Mənsur əl-Huşiyə deyib. Afrika qitəsinə səyahətini başa vurmuş səyyahın sözlərinə görə, Keniyada o, Obamanın nənəsi ilə nahar edib: "Qarı bildirir ki, Obama əvvəllər onlara mütəmadi olaraq pul göndərirmiş. Prezident olduqdan sonra isə o, tədricən bu yardımı dayandırıb".
Milli.Az
--------------------------------------------------------------------------------
