FIFA referisi Əliyar Ağayev Yunanıstan Super Liqasının 22-ci turunda keçirilən "Panatinaikos" - PAOK matçını idarə edib.
Milli.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə baş çatıb.
Ağayev qarşılaşmada bir dəfə VAR-a baxdıqdan sonra "Panatinaikos"un qolunu ləğv edib. 32 yaşlı hakim PAOK-un qapısına penalti təyin edib.
Milli.Az