Koronavirusa yoluxmuş körpəsini qucaqlaya bilməyən ata ağladı - Çindən təsirli kadrlar - VİDEO

3 Fevral 2020 11:40

Sosial şəbəkələrdə yayılan video təsirləndirir.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kadrlar Çində çəkilib. Görüntülərdə koronavirusa yoluxmuş körpənin atasından onu qucağına almasını istəməyi əks olunub.

Şüşənin arxasındakı körpəsinə toxuna bilməyən ata göz yaşlarına hakim ola bilməyib. O, övladının onu ağlayarkən görməməsi üçün üzünü çevirib.

Qeyd edək ki, Çində yayılan yeni növ koronavirus (2019-nCoV) səbəbindən 300-dən çox insan ölüb. Xəstəliyə yoluxanların sayı 14 mini keçib.

Bəxtiyar Umarlı
Milli.Az