Çində 5,1 bal gücündə zəlzələ olub

3 Fevral 2020 08:35

Çində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Çin Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Çendu rayonunda, ocağı isə 21 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az