Meksikada avtomobil kanala aşıb, 5 nəfər ölüb

3 Fevral 2020 08:24

Meksikanın Syudad-Fernandes bələdiyyəsində içərisində 6 nəfər olan avtomobil kanala aşıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4-ü qadın olmaqla 5 nəfər həlak olub.

Bildirilir ki, həlak olanlar sərxoş vəziyyətdə olublar. Qəzanın səbəbi araşdırılır.

Milli.Az