Belçikada qadın insanlara bıçaqla hücum edib

3 Fevral 2020 08:15

Belçikanın Gent şəhərində qadın bıçaqla insanlara hücum edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, silahlı qadın iki nəfərə xəsarət yetirib. Hadisə yerinə gələn polis əməkdaşları ona atəş açmaq məcburiyyətində qalıb.

Bildirilir ki, qadın qolundan yaralanıb və daha sonra polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Milli.Az