Qırğızıstanda azərbaycanlı iş adamı həbs edilib

17 Aprel 2010 10:16
Onların arasında bir azərbaycanlı da var. Bu, iş adamı Vüqar Xəlilovdur. O, hazırda Bişkekdə Milli Təhlükəsizlik Xidmətinin baş qərargahında saxlanılır və ona vəkili, ailə üzvləri ilə görüşməyə icazə verilmir. Azərbaycanlının həbsi xəbərini Azərbaycanın Qırğızıstandakı səfirliyinin müşaviri İlqar Cabbarov da ANS televiziyasına müsahibəsində təsdiqləyib və araşdırmalar aparıldığını deyib.

İlkin ehtimala görə, Vüqar Xəlilov Maksim Bakiyevlə əlaqələrinə görə həbs edilib. Azərbaycan səfirliyinin müşaviri bildirib ki, hazırda Vüqar Xəlilovun hansı əsaslarla həbs olunması araşdırılır. Onun sözlərinə görə, hazırda səfirlik tərəfindən Vüqar Xəlilovun Maksim Bakiyevlə əlaqələri və onun tərəfdarları sırasında olması ilə bağlı məlumatlar araşdırılır.

Qeyd edək ki, Qırğızıstanın istefa vermiş prezidenti Kurbanbek Bakiyevin kiçik oğlu Maksim Bakiyev İnvestisiya və İnnovasiyaların İnkişafı üzrə Agentliyə rəhbərlik edib.

Milli.Az