Çində koronavirusa yoluxan onlarla insan güllələndi

2 Fevral 2020 23:06

Çində koronavirusa görə karantin altına alınan Hubey vilayətində 22 nəfər hərbçilər tərəfindən güllələnib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. İddialara görə, onlar karantin bölgəsini icazəsiz tərk etmək istədiklərinə görə qətlə yetiriliblər. Onların virus daşıyıcısı olduğu irəli sürülüb.

Sosial mediada paylaşılan görüntülərdə silahlı şəxslərin küçələrdə gəzdiyi əks olunub. Bu da sözügedən iddiaları gücləndirir.

Qeyd edək ki, xarici mediada karantin bölgəsini tərk edənlərə qarşı orduya odlu silahdan istifadə etmək səlahiyyəti verildiyi yazılmışdı. 30-a qədər ölkəyə yayılan koronavirusu Çində 300-dən çox insanın həyatına son qoyub.

Milli.Az