Londonda terror aktı törədilib, yaralananlar var YENİLƏNİB - FOTO

2 Fevral 2020 22:59

Böyük Britaniyanın paytaxtı Londonda baş verən terror aktı nəticəsində xəsarət alanların sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, naməlum şəxsin bıçaqla insanlara hücum etməsi nəticəsində 3 nəfər xəsarət alıb.

Bildirilir ki, onlara hadisə yerində tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdiriliblər.

Xatırladaq ki, hücum edən şəxs polislər tərəfindən güllələnib.

22:31

Böyük Britaniyanın paytaxtı Londonda terror aktı törədilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, naməlum şəxs bıçaqla insanlara hücum edib. İnsident nəticəsində azı 2 nəfər xəsarət alıb.

Bildirilir ki, hücum edən şəxs polislər tərəfindən güllələnib. Hadisənin terrorçuluqla əlaqəli olduğu qeyd edilir.

Milli.Az