13 gün əvvəl toyu olan Pamela ərindən ayrıldı

2 Fevral 2020 21:11

Amerikalı aktrisa Pamela Anderson 13 gün əvvəl ərə getdiyi prodüser əri Con Pitersdən ayrılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə aktrisa özü bildirib. 52 yaşlı aktrisa ilə 74 yaşlı prodüserin toyu yanvarın 20-də Malibuda baş tutmuşdu. Məlumata görə, cütlüyün toyu olsa da, onlar heç vaxt bir yerdə yaşamayıblar.

Qeyd edək ki, bu, Pamela Andersonun 5-ci evliliyi olub.

Milli.Az