Koronavirusa yoluxanlar üçün xəstəxana hazırdı

2 Fevral 2020 17:13

Çinin Uhan şəhərində koronavirusun yeni növünə yoluxan şəxslər üçün nəzərtə tutulan müvəqqəti xəstəxananın tikintisi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Hoşenşan" hospitalı fevralın 3-dən xəstələri qəbul edəcək. O, 1000 nəfər üçün nəzərdə tutulub.

Xəstəxana 10 gün ərzində tikilib. Belə ki, onun tikintisinə yanvarın 23-də başlanılmışdı.

Milli.Az