Sevgilisi ilə paparazzilərə tuş gəldiyi üçün əsəbiləşdi - VİDEO

2 Fevral 2020 16:43

Son olaraq "Sen anlat karadeniz" serialında "Tahir" obrazı ilə tamaşaçı qarşısına çıxan aktyor Ulaş Tuna Astepe sevgilisi ilə görüntülənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, paparazzilərə tuş gəldiyini görən aktyor əvvəlcə özünü itirib, sonra üzünü jurnalistlərə tutaraq əsəbi halda "Bura bizim məhəlləmizdir, evimizdir. Səhv edirsiniz" deyib və iri addımlarla ərazidən uzaqlaşıb.

Qeyd edək ki, Ulaş Cansu Baydarla eşq yaşayır.

Milli.Az