Rusiyanın Çinlə sərhəd iki rayonunda fövqəladə vəziyyət elan edilib

2 Fevral 2020 16:30

Koronavirus təhlükəsi ilə əlaqədar Rusiyanın Çinlə sərhəddəki iki rayonunda fövqəladə vəziyyət rejimi elan edilib.

Milli.Az bildirir ki, APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Xasan və Oktyabr rayonlarında fövqəladə vəziyyət elan olunub.

Qeyd edək ki, cümə günü Rusiyada koronavirusa yoluxmuş iki Çin vətəndaşı aşkarlanıb.

Milli.Az