"Zirə"də növbəti ayrılıq

2 Fevral 2020 15:57

"Zirə" daha bir futbolçu ilə yolları ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, qəsəbə təmsilçisi yarımmüdafiəçi Elvin Məmmədovla vidalaşdıqlarını rəsmən açıqlayıb.

31 yaşlı futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Millimizin keçmiş hücumçusu "Zirə"yə 2019-cu ilin mayında gəlmişdi. Zirəlilər bu qış Elvinə qədər Soni Norde, Robin Nqalande və Xulio Sezar Rodrigesi də yola salıb.

Milli.Az