"Qəbələ"nin futbolçusu millinin heyətindən çıxarıldı

2 Fevral 2020 15:13

Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, "Qəbələ"nin futbolçusu Sənan Qərimov heyətdən çıxarılıb. Toplanışa dəvət olunmuş Qərimovun səhhəti ilə əlaqədar Antalyaya yollanan heyətdə yer almadığı qeyd olunub.

Milli.Az