Aİ ali komissarı Tehranda İran XİN rəhbəri ilə görüşəcək

2 Fevral 2020 14:40

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel bu vəzifəyə təyin edilən sonra ilə dəfə İrana səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin "Telegram" messencer-kanalında məlumat yerləşdirilib.

J. Borrel İran Xarici İşlər naziri Cavad Zərif, o cümlədən İranın digər yüksək vəzifəli şəxsləri ilə görüşəcək.

Görüşlərin keçiriləcəyi tarix açıqlanmayıb.

Milli.Az