“Prodüserlər xaricdəki toylarımıza mane olur”

2 Fevral 2020 14:02

Xanəndə Eldəniz Məmmədov toy bazarında müğənnilərin işinə əngəl olan prodüserlərdən gileylənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu barədə ARB kanalında yayımlanan "Söhbət var" verilişində danışıb:

"Müəyyən prodüserlər var ki, xaricdəki toylara, tədbirlərə ev sahibi istəsə belə, çalışırlar ki, həmin müğənnini onun gözündən salsınlar və öz istədiyi müğənnini onun yerinə düzüb-qoşsunlar. Məsələn, indiki ilə müqayisədə biz 4-5 il bundan əvvəl Rusiyadakı toylara daha çox gedirdik. 1 saniyə içində ifaçını toy sahibinin gözündən salmağa çalışanlar, müğənnilərin oraya getməsinə mane olan prodüserlər var".

Milli.Az