"Bayer Leverkusen"dən 18 milyonluq transfer

2 Fevral 2020 13:34

"Bayer Leverkusen" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi "Vitoria Guimaraes" klubundan Edmond Tapsobanı transfer edib.

20 yaşlı müdafiəçi yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Tapsoba "Bayer"də 12 nömrəli formanı geyinəcək. Almaniya klubu bu transferə görə Portuqaliya təmsilçisinə 18 milyon avro ödəyib.

Burkina-Fasodan olan Tapsoba "Vitoria"da 2018-ci ildən çıxış edirdi. O, ölkəsinin yığma komandasında 8 oyun keçirib.

Milli.Az