Kanadada silahlı insident: 3 nəfər ölüb, 2 nəfər yaralanıb

2 Fevral 2020 10:00

Kanadanın Toronto şəhərinin mərkəzində yaşayış binasının 32-ci mərtəbəsində silahlı insident baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, atışma zamanı üç nəfər ölüb, iki nəfər yaralanıb.

Hadisə yerinə gələn polis, iki nəfərin cəsədini aşkar edib. Ağır yaralı olan üçüncü şəxs isə xəstəxanada ölüb.

Ölən və yaralananların 19-22 yaş aralığında olduğu bildirilir.

Polisin qənaətinə görə, gənclər arasında atışma olub.

Milli.Az