Yanvarın 31-də Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamları" layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, layihənin budəfəki konsertində mərkəzin solistləri Almaxanım Əhmədli, Səbinə Ərəbli və Hüseyn Məlikovun ifasında "Bayatı Şiraz" muğamı səslənib.
Mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konsert muğamsevərlər tərəfindən maraqla qarşılanıb.
Milli.Az