Ağdaşda iki mərtəbəli evdə yanğın olub

1 Fevral 2020 22:21

Ağdaş rayonunun Mürsəl kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli 5 otaqlı evin ikinci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 43 m² sahədə yanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az