Elazığda 3,5 bal gücündə zəlzələ qeydə alınıb

1 Fevral 2020 22:07

Türkiyənin Elazığ əyalətində 3,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də Sivricə rayonunda qeydə alınıb.

Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.

Milli.Az