Şəki sakini Gəncədə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb

1 Fevral 2020 21:42

Gəncədə Şəki sakini, 2000-ci il təvəllüdlü Salahlı Tural Asif oğlu yaşadığı evdə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  hadisə şəhərin Çarıxçılar küçəsində baş verib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona 1-ci, 2-ci dərəcəli bədənin texniki termiki yanığı diaqnozu qoyulub. Vəziyyətinin kafi olduğu bildirilir.

Milli.Az