Zabit Səmədov Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənclərlə görüşüb - VİDEO - FOTO

1 Fevral 2020 21:11

Azərbaycanın dünya şöhrətli idmançısı Zabit Səmədov 85 saylı Şamaxı seçki dairəsindən deputatlığa namizəd Tamam Cəfərovaya dəstək məqsədilə Şamaxıda gənc idmançılarla görüşüb.

Trend-in məlumatına görə, görüşdə Tamam Şaməmməd qızı Cəfərovanın seçki platformasında əks olunan gənclərlə bağlı görüləcək mühim işlərdən danışılıb.

Zabit Səmədov 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkilərində Şamaxı sakinlərini deputatlığa namizəd Tamam Cəfərovaya dəstək olmağa çağırıb.

Görüşdə tanınmış müğənni, bəstəkar Ramal İsrafilov da iştirak edib və o da öz növbəsində şamaxılıları növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Tamam Cəfərovaya səs verməyə çağırıb.