Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir

1 Fevral 2020 20:19

Fələstin ABŞ və İsrail ilə əlaqələrini kəsir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu bəyanatla Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas çıxış edib.

Bu gün Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında çıxış edən Mahmud Abbas bildirib ki, ABŞ-ın planı məqsədəuyğun deyil və münaqişənin həllinə yardım etməyəcək. O deyib ki, Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində də əməkdaşlıq etməyəcək.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası ABŞ-ın "Əsrin sövdələşməsi" planını müzakirə etmək üçün bu gün Qahirədə təcili toplantı keçirib.

Milli.Az