Parlament seçkilərində yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

1 Fevral 2020 15:28

Azərbaycanda fevralın 9-a təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 842 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov əlavə edib ki, yerli müşahiəçilərin sayı 65766 nəfərə çatıb.

MSK sədri deyib ki, beynəlxalq müşahidəçilər 55 ölkəni və 56 təşkilatı təmsil edir. M.Pənahov bildirib ki, beynəlxalq müşahidəçilər həm say baxımından kifayət qədərdir, həm də çoğrafi baxımdan kifayət qədər əhatəlidir.

Milli.Az