MSK namizədlərin görüşləri ilə bağlı DSK-lara tapşırıq verib

1 Fevral 2020 18:20

Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin seçicilərlə görüşlərini tənzimləmək üçün dairə deçki komissiyalarına (DSK) tapşırıq verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, namizədlərin görüşləri üst-üstə düşməməlidir.

M.Pənahov bildirib ki, MSK bununla bağlı dairələr üzərində ciddi məsuliyyət qoyub:

"Biz dairələrin üzərində ciddi məsuliyyət qoymuşuq ki, namizədlərin görüşlərinin üst-üstə düşməməsi üçün əllərindən gələni etsinlər. Heç bir dairənin namizədə görüş keçirmək üçün icazə verməyə hüququ yoxdur. Heç bir namizəd də görüş keçirən zaman dairəyə müraciət etməyə borclu deyil".

Milli.Az