Mütəxəssis real həyatda Terminator yaratmağın təlimatını hazırladı

4 Fevral 2020 23:40

Kaliforniya Texnologiya İnstitutunun Mexanika və İnşaat mühəndislik professoru Aaron Ames Terminator filmindəki robotlarla rəqib ola biləcək robot hazırlamaq üçün tələb olunan təməl texnologiyaları açılayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, robot mütəxəssisi T-800-ün daxili skeleti ilə T-1000-nin maye/metal quruluşunu birləşdirən Rev-9-u hazırlamaq üçün mühəndislərin iki robotu özündə birləşdirən və bir-biri ilə problemsiz işləyən bir sistem hazırlamalı olduqlarını söyləyib.

Onun sözlərinə görə, Terminator birlikdə işləyə bilən və müstəqil enerji təchizatı olan kiçik nanorobotlardan təşkil edilə bilər. Robot mütəxəssisinin fikrincə, nanorobotlar effektiv şəkildə "mərkəzləşdirilmiş məlumat sistemi platforması" yaratmalıdırlar. Yəni hər birinin fərdi işləyən kompüter olması, eyni zamanda böyük və birləşdirilmiş kompüterin ayrı-ayrı hissələri kimi birlikdə işləmələri lazımdır.

Əlbəttə ki, belə bir vəziyyətdə nanorobotları enerji ilə təchiz etmək asan olmayacaq. Science Daily-ə görə, nanoscale robotların ölçüsü 0,1 ilə 10 mikrometr arasında dəyişir. Bu o deməkdir ki, nanorobotlarda quraşdırılacaq batareyalar olduqca kiçik olmalıdır. Digər tərəfdən, bu cür kiçik batareyalar təkrar-təkrar doldurulmaq üçün bir növ "davamlı enerji" mənbəyinə ehtiyac duyur.

Rev-9-u enerji ilə təchiz edə biləcəyini söyləyən Ames bu vəziyyəti belə izah edib: "Sərt quruluş güc mənbəyi ola bilər. Bunun enerjini kiçik komponentlərə simsiz ötürməsi mümkündür".

Milli.Az