Paytaxtda oğru qadın saxlanıldı

1 Fevral 2020 14:44

Bakıda oğurluqda şübhəli bilinən sabiq məhkum saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilir.

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 350 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş G.Xəlilova saxlanılıb.

Milli.Az