Rusiya vətəndaşlarının Çindən təxliyəsinə başladı

1 Fevral 2020 17:04

Rusiya Federasiyası koronavirusla əlaqədar Çindən vətəndaşlarının təxliyəsinə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təxliyə prosesi Primorsk diyarında həyata keçirilir.

Fevralın 1-dən 3-dək müxtəlif sərhəd-keçid məntəqələrindən 100-dən çox rusiyalı ölkəyə daxil olacaq.

Bu pross zamanı hər bir şəxs zəruri tibbi müayinədən keçirilir.

Milli.Az